Вернуться назад Распечатать

“№1 Çörək Zavodu”nun külli miqdarda VERGİ BORCU üzə çıxdı

Bakıda “№1 Çörək Zavodu” brendi ilə tanınan “PACIFIC BREAD” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.

1xeber.media xəbər verir ki, şirkətin hazırda 140.083,86 AZN təşkil edən ödənilməmiş vergi borcu mövcuddur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 57, mənzil 50 olan MMC-nin nizamnamə kapitalı 200 AZN təşkil edir

Cəmiyyətin qanuni təmsilçisi Şabanov İlkin İmran oğludur.


Qeyd edək ki, İlkin Şabanov eyni zamanda ölkənin iri distributor və istehsalat şirkətlərindən olan “Delta Qrup C.O.” MMC-yə də rəhbərlik edir.nocomment.az


Qarşı tərəfin mövqeyi

Material dərc olunduqdan sonra “№1 Çörək Zavodu”nun əməkdaşı redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2024-cü il tarixli, e-2(004)-2543/2024 nömrəli qətnaməsinə əsasən, İlkin İmran oğlu Şabanovun “PACIFIC BREAD” MMC-nin qanuni təmsilçisi statusundan çıxarılmasının təmin edilməsi şirkətin təsisçisinin üzərinə qoyulub.

Həmçinin bildirilib ki, İlkin Şabanov sözügedən məhkəmə qətnaməsi qəbul edilənədək şirkətin direktoru vəzifəsindən azad olunub.


Qarşı tərəfin təqdim etdiyi bu məlumat dərc edilmiş materiala əlavə olunub.