Вернуться назад Распечатать

Aras Bulutdan narkotik iddialarına CAVAB

Aras Bulutun ifadəsi üzə çıxdı: “Narkotik istifadə etmirəm”

1xeber.media xəbər verir ki, Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Aras Bulut İynemlinin ifadəsi ortaya çıxıb.

Aktyor ifadəsində narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmədiyini bildirib.

İynemli belə maddələrin satışı ilə məşğul olduğu bilinən şəxslərlə əlaqəsinin olmadığını, narkotik əldə etmək üçün heç kimi vasitəçi etmədiyini və bu məqsədlə hər hansı şəxsə pul köçürmədiyini deyib.

O, həmçinin narkotik və stimullaşdırıcı maddələrin istifadə edildiyi məclis, festival, bar, kafe, tədbir və konsertlərdə olmadığını bildirib.

“Mən narkotik və stimullaşdırıcı maddə istifadə etmirəm. Yaşadığım evdə və getdiyim əyləncə məkanlarında narkotik və stimullaşdırıcı maddə qətiyyən qəbul etməmişəm”, – deyə aktyor ifadəsində qeyd edib.