Вернуться назад Распечатать

Dağlara leysan yağdı – FAKTİKİ HAVA

1xeber.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 20-si saat 10:00-a olan məlumatına əsasən, Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yağıntılı hava müşahidə olunub.

Ayrı-ayrı ərazilərdə yağış leysan xarakterli və intensiv olub. Ən çox yağıntı Göygöldə (24 mm), Daşkəsəndə (18 mm) və Gəncədə (10 mm) qeydə alınıb.

Daşkəsən, Şahdağ, Şahbuz və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan Muxtar Respublikasında 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək olub.