Вернуться назад Распечатать

Ölkəyə İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb

20 ton spred yağı Azərbaycandan geri qaytarıldı

1xeber.media xəbər verir ki, “Azərqida”nın sosial şəbəkə hesabında yayılan məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Vita Milk” MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaqlar zamanı “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulunun bir partiyasında 3-monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

AQTA tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qəbul edilən qərara əsasən, ümumi çəkisi 20 ton olan məhsul istehsalçı ölkəyə geri qaytarılıb.