Вернуться назад Распечатать

İran Hörmüz boğazını açmaqdan imtina edir

1xeber.media xəbər verir ki, Tehran ABŞ əvvəllər irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacağını açıqlayıb.

TASS-ın məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Qalibaf vurğulayıb ki, ABŞ həmin şərtləri yerinə yetirməyən və İran xalqının qanuni hüquqlarını tanımayanadək Hörmüz boğazının açılması üçün heç bir ehtimal olmayacaq.