Вернуться назад Распечатать

Rusiya: Ukrayna ordusu bir gündə 1395 hərbçi itirib

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində müxtəlif istiqamətlərdə ümumilikdə 1395 hərbçi itirib.

Nazirliyin məlumatında bildirilib ki, “Şimal” qoşun qruplaşmasının məsuliyyət zonasında 195-dək, “Cənub” istiqamətində isə 195 hərbçi öldürülüb.

“Qərb” qruplaşmasının məsuliyyət zonasında Ukrayna ordusunun itkilərinin 230 nəfərə qədər olduğu açıqlanıb. “Mərkəz” istiqamətində 455, “Şərq” istiqamətində 280-dən çox, “Dnepr” istiqamətində isə 40-a qədər hərbçinin itirildiyi iddia edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Xarkov vilayətində mühasirədə olduğu bildirilən Ukrayna hərbçilərinin bir həftə ərzində 390-dan çox itki verdiyini açıqlamışdı.