Züqanov seçkidə səs verdi: “Bu seçkilər digərlərindən fərqlənir”
1xeber.media xəbər verir ki, Rusiya Kommunist Partiyasının (KPRF) lideri Gennadi Züqanov Dövlət Dumasına keçirilən seçkilərdə səs verib.
Züqanov bildirib ki, builki seçkilər əvvəlkilərdən fərqlənir. Onun sözlərinə görə, səsvermənin müharibə şəraitində keçirilməsi bütün seçki prosesinə xüsusi məsuliyyət yükləyir.
KPRF lideri həmçinin Rusiyanın xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyduğu məqsədlərə nail olmasının vacibliyini vurğulayıb.
“Bu qələbə olmadan nə sülh, nə də əmin-amanlıq olacaq”, – deyə Züqanov bildirib.
Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçirilir. Mərkəzi Seçki Komissiyasının nəticələri oktyabrın 5-dən gec olmayaraq açıqlaması gözlənilir.