Вернуться назад Распечатать

Füzuli məktəblisi Hərbi İnstituta qəbul oldu

Füzuli rayonunun Qayıdış 4 nömrəli tam orta məktəbinin məzunu olan Zəhra Babazadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Hərbi İnstituta yüksək nəticə ilə qəbul olub.

1xeber.media xəbər verir ki, onun atası Rail Babayev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Vətən qarşısındakı xidmətinə görə müxtəlif dövlət təltiflərinə, o cümlədən beş fərqli döş nişanına layiq görülən Rail Babayevin keçdiyi şərəfli yol qızı üçün həm örnək, həm də böyük mənəvi məsuliyyətdir.

Zəhra Babazadənin uğuru həm də göstərir ki, qızlarımızın təhsil, hərbi xidmət və dövlətçilik sahələrində qarşıya qoyduğu məqsədlər ailə dəstəyi, möhkəm iradə və milli dəyərlərlə daha da güclənir. Onun seçdiyi yol bilik, intizam, məsuliyyət və fədakarlıq tələb edən bir yoldur.