Çin nümayəndə heyəti Nyu-Yorkda ABŞ rəsmiləri ilə ticarət-iqtisadi məsləhətləşmələrə başlayıb.
1xeber.media-nın məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Məlumata əsasən, danışıqlar sentyabrın 20-də yerli vaxtla günün birinci yarısında başlayıb.
Danışıqlarda Çin tərəfini Dövlət Şurasının Baş nazir müavini He Lifeng təmsil edir. Çin Ticarət Nazirliyi daha əvvəl iki ölkə arasında ticarət-iqtisadi danışıqların aparıldığı səfərin sentyabrın 23-dək davam edəcəyini bildirmişdi.