Вернуться назад Распечатать

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində silsilə tədbirlər keçirilib.

1xeber.media xəbər verir ki,Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan  konsert proqramından sonra  Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq olub.  Rəngarəng fişənglərin yaratdığı mənzərə şəhərin gecə səmasını işıqlandırıb.Bayram tədbirlərinin möhtəşəm finalı kimi yadda qalan  bu işıqlı görüntülər, şəhərin yeni simasının,  burada canlanan ictimai-mədəni həyatın növbəti nümayişinə çevrilib.Qeyd edək ki, Xankəndi, Ağdərə və Xocalı şəhər günlərinin keçirilməsi, bu ərazilərin tarixi və mədəni irsinin, eləcə də azadlıqdan sonra burada həyata keçirilən bərpa- quruculuq işlərinin ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.