Вернуться назад Распечатать

Türkmənistan Hava Yolları Moskvaya uçuşları bir ay müddətinə dayandırıb

Türkmənistan Hava Yolları Moskvaya uçuşları bir ay müddətinə dayandırıb.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 28-də hava nəqliyyatının mətbuat xidməti məlumat yayıb.

Məhdudiyyətlər 2024-cü il dekabrın 30-da qüvvəyə minəcək və 2025-ci il yanvarın 31-dək davam edəcək.

“Hörmətli sərnişinlər! Dekabrın 30-dan yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər ləğv edilib”, - nəşrdə deyilir.
Sərnişinlər artıq alınmış biletlərin pulunu tam şəkildə geri ala biləcəklər.