"Nəriman Nərimanov heykəlinin yanıdan Statistika Komitəsinə gedən yolda (keçmiş Sovet) geriyə dönüş var, təxminə 100 metr sonra da Milli Dram teatrına tərəf dönüş var. Hərəkət isə Abdulla Şaiq küçəsi ilə davam edir..."
1xeber.media xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış QHT nümayəndəsi Sahib Məmmədov qeyd edib.
O, müraciətində daha sonra bildirir: "Həm sola, həm sağa dönmə olduğu üçün küçə təxminən 200 metrlik hissədə darlaşır. Hər gün tıxac idi. Aşağıdakı şəkili bu gün (bazar günü çəkdim). İndi AYNA həmin 200 metrlik yerdə bir xətti avtobus üçün ayırıb. Bu xəttdən sonra isə yəqin ki iki dəfə artacaq. Ordan da cəmi bir marşurut keçir, bəlkə saatda bir dəfə. Cəmi 200 metr getdikdən sonra yol enlənir və orda avtobus xətti yoxdur. İndi fikirləşirəm avtobus bu 200 metrlik yerə çatana qədər və sonra ümumi yolla hərəkət etdiyi halda bu dar yerə niyə avtobus üçün ayrıca xətt qoyulmalıdır ki? Məntiqi və mənanı anlaya bilmirəm sadəcə..."