Вернуться назад Распечатать

Tulada 7 Ukrayna PUA-sı vuruldu

1xeber.media xəbər verir ki, Rusiyanın Tula vilayətində hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə vilayətin qubernatoru Dmitri Milyayev məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yaşayış binalarına və infrastruktura da ziyan dəyməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 21 sentyabr gecəsi ölkənin müxtəlif bölgələrində ümumilikdə 112 Ukrayna PUA-sı məhv edilib.