Вернуться назад Распечатать

Zelenski: Rusiya Ukraynanın 10 vilayətinə zərbələr endirib

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun axşam və gecə saatlarında ölkənin 10 vilayətinə zərbələr endirdiyini bildirib.

Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. O, hücumların nəticələri ilə bağlı əlavə detallar açıqlamayıb.

Bundan əvvəl, sentyabrın 20-də Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin mülki obyektlərə zərbələrinə cavab olaraq Ukraynanın hərbi infrastrukturuna endirilən zərbələrin gücləndiriləcəyini açıqlamışdı.

Sentyabrın 21-də Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Şastlivoye yaşayış məntəqəsində yerləşən BDU Logistic logistika mərkəzinə zərbə endirildiyini bildirib. Nazirliyin məlumatına görə, mərkəzin anbarlarında hərbi təyinatlı məhsulların saxlanılması və paylanması həyata keçirilib.