
1xeber.media xəbər verir ki, Çin Prezidenti Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək.
Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçiriləcək.
Səfərdən əvvəl ABŞ və Çin nümayəndə heyətlərinin Nyu-Yorkda iqtisadi və ticarət məsələlərini müzakirə edəcəyi gözlənilir. Çin nümayəndə heyətinin sentyabrın 19-dan 23-dək ABŞ-də görüşlər keçirəcəyi bildirilir.