Вернуться назад Распечатать

Zakir İbrahimova yeni müavin təyin edildi

“AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimova yeni müavin təyin olunub.

1xeber.media Plat.az-a istinadla xəbər verir ki, bu vəzifə Ayşəm Qələmiyevaya həvalə edilib.

A.Qələmiyeva eyni zamanda qurumda İdarə heyətinin üzvü vəzifəsini tutub. O, 15 sentyabrdan yeni vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, bu, A.Qələmiyevanın Zakir İbrahimovun rəhbərliyi dövründə “AzerGold”da ilk yüksək vəzifəyə təyinatı deyil. 

O, 2013–2016-cı illərdə “Təmiz Şəhər” ASC-də hüquqşünas və Hüquq şöbəsinin müdir müavini işləyib. Zakir İbrahimov 2016-cı ildə “Təmiz Şəhər”in İdarə Heyətinin sədriliyindən “AzerGold”un İdarə Heyətinin sədri vəzifəsinə keçəndə Ayşəm Qələmiyevanı hüquq şöbəsinin müdir müavini, 2019-cu ildə isə Hüquq şöbəsinin müdiri seçib.

2024-cü ildən “AzerGold”da müşavir kimi fəaliyyət göstərən A.Qələmiyeva Hüquq və Daxili nəzarət şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək və nəzarəti həyata keçirib. O, eyni zamanda, Cəmiyyət tərəfindən dövlətin təmsil olunduğu Hasilatın Pay Bölgüsü Sazişi üzrə fəaliyyətin təşkilinə məsul şəxs olub.

Məlumat üçün deyək ki, hazırda Z.İbrahimovun müavinləri Xəyyam Fərzəliyev, İlqar Cəlilov və Ayşəm Qələmiyevadır.