Вернуться назад Распечатать

Nazir müavininin oğlunun təmsil etdiyi şirkətlə 1,8 milyon manatlıq müqavilə

1xeber.media xəbər verir ki, “Azərenerji” ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satınalınması ilə bağlı “ATL Tech” MMC ilə müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 1 milyon 792 min 594 manat təşkil edir.

Məlumata görə, “ATL Tech” MMC-nin qanuni təmsilçisi Rəşad Mirzəyevdir. O, fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğludur.
#azerenerji #atltech