Вернуться назад Распечатать

3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamına məxsusdur

Bakıda bir restoranda təqdim olunan hesab sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.

1xeber.media xəbər verir ki, “newsbaku” adlı instaqram səhifəsində yayılan görüntülərdə “Cənnət Gəncə” restoranında üç qutab üçün 75, əlavə salat və sularla birlikdə isə ümumilikdə 160 manatdan çox hesab alınmasından bəhs olunub.

Gununsesi.info-nun apardığı araşdırma zamanı məlum olub ki, adıçəkilən restoran məşhur iş adamı Araz Mehdiyevə məxsusdur.

Məlumata görə, Rusiyada çoxsaylı biznes obyektlərinə sahib olduğu bildirilən iş adamının Bakıda fəaliyyət göstərən restoranında təqdim olunan hesabın məbləği sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.

İctimai müzakirələrdə əsas diqqət sifariş edilən qutabın sayı ilə təqdim olunan hesab arasındakı uyğunsuzluğa yönəlib.
Səslənən tənqidlərdə, həmçinin adıçəkilən restoranda müştərilərə qəbz verilmədiyi də xüsusi vurğulanıb.