
1xeber.media xəbər verir ki, məşhur amerikalı supermodel Sindi Kroufordun oğlu Presli Gerber 27 yaşında vəfat edib.
Los-Anceles dairəsinin tibbi ekspertizasının məlumatına görə, Presli Gerber sentyabrın 20-də reabilitasiya müəssisəsində dünyasını dəyişib. Onun ölüm səbəbi hələ açıqlanmayıb, yarılmanın nəticələri gözlənilir.
Presli Gerber özü də model kimi fəaliyyət göstərib. O, Calvin Klein, Dolce & Gabbana və digər tanınmış brendlərlə çalışıb. Həmçinin Sindi Kroufordun oğlu və model-aktrisa Kaya Gerberin böyük qardaşı kimi tanınırdı.
Ailənin nümayəndəsi bildirib ki, ailə bu ağır vaxtda məxfiliyinə hörmət edilməsini xahiş edir.