Вернуться назад Распечатать

Rusiya Ukraynanın enerji və nəqliyyat obyektlərinə zərbələr endirib

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukraynanın enerji və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.

Nazirliyin açıqlamasında bildirilib ki, zərbələr logistika mərkəzlərinə, hərbi aerodromlara, sursat və yanacaq anbarlarına, pilotsuz uçuş aparatlarının istehsalı və saxlanıldığı müəssisələrə də yönəlib.

Məlumata görə, Kiyev vilayətində BDU Logistic logistika mərkəzi və Boyarka şəhərində Ukraynanın müdafiə sənayesi müəssisələrini qazla təmin edən qazpaylayıcı stansiya vurulub.

Rusiya tərəfi həmçinin Odessa limanında quru yük gəmisinin, İzmail limanında isə hərbi təyinatlı yüklərin boşaldılması və saxlanılması üçün istifadə olunan infrastrukturun hədəf alındığını bildirib.

Ukrayna tərəfi isə sentyabrın 21-nə keçən gecə müxtəlif bölgələrə zərbələr endirildiyini açıqlayıb. Zaporojyedə yaşayış binaları və digər obyektlərin zədələndiyi, bir nəfərin yaralandığı bildirilib.