1xeber.media xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar ictimai asayişin pozulması ittihamı ilə 30 gün müddətinə saxlanılıb. Dünən sabiq baş nazirin digər bacısı Alimə Xan da eyni maddə ilə saxlanılıb.

Saxlanılmalar partiyanın sentyabrın 27-də İslamabadda İmran Xanın azadlığa buraxılması tələbi ilə keçirilməsi planlaşdırılan etiraz aksiyası ərəfəsində həyata keçirilir. “The Express Tribune”nın əldə etdiyi hakimiyyət qərarına əsasən, saxlanılmaların əsasını polis və kəşfiyyat hesabatları təşkil edib. Həmin hesabatlarda hər iki qadının fəaliyyətinin “ictimai təhlükəsizliyə təhdid yaratdığı və ictimai asayişi pozduğu” iddia olunur.

Polis və xüsusi xidmət orqanlarının nümayəndələri bildirirlər ki, Üzma Xan və Norin Niyazi mayın 9-da keçirilən etiraz aksiyalarında və yolların bağlanmasında iştirak edib, həmçinin “fəalları dövlət və ictimai əmlakın zədələnməsinə təhrik ediblər”. Qərarda həmçinin qeyd olunur ki, qadınlar “sosial şəbəkələr və ictimai toplantılar vasitəsilə fəalları yenidən səfərbər edərək, asayiş və hüquq qaydaları üçün təhlükə yaradıblar”, eləcə də “hökumət və dövlət institutlarına qarşı yolverilməz şüarlar səsləndirərək, ictimaiyyəti təhrik ediblər”.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumu keçirilməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzasını çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib.