Вернуться назад Распечатать

Paşinyan: Rusiya ilə münasibətlər artıq əvvəlki kimi olmayacaq

1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə ölkəsi arasındakı münasibətlərin dəyişəcəyini bildirib.

Paşinyan qeyd edib ki, bu dəyişiklik hər hansı konkret şəxs və ya siyasi qüvvə ilə bağlı deyil.

“Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Kim olmasından və hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi olmayacaq”, - deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin 2026–2031-ci illər proqramında isə Rusiya ilə münasibətlər üzrə məqsədin yeni regional şəraitdə qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlıq və dialoqun davam etdirilməsi olduğu qeyd edilir.

Paşinyan son günlərdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkəsi üçün zəruri olmadığını da bildirib.