1xeber.media xəbər verir ki, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinə münasibətini tənqid edib.
O, “Euractiv”ə müsahibəsində ABŞ-ın NATO-nun əsas dayağı olduğunu, lakin Trampın Avropanın təhlükəsizliyinə kifayət qədər əhəmiyyət vermədiyini bildirib. Ştrak-Zimmermanın sözlərinə görə, bu vəziyyət Avropanı səylərini NATO-dan kənarda da əlaqələndirmək yolları axtarmağa vadar edir.
Avropa Parlamentinin daha əvvəl qəbul etdiyi müdafiə və təhlükəsizlik üzrə hesabatda da ABŞ-ın Avropadakı siyasətinin getdikcə daha gözlənilməz xarakter aldığı və mümkün qoşun ixtisarları ilə bağlı narahatlıq ifadə olunub. Parlament Aİ ölkələrinin müdafiə imkanlarını gücləndirməsinin vacibliyini vurğulayıb.