Вернуться назад Распечатать

Azərbaycanda bu sahəyə milyardlar qoyuldu

 

2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 12 milyard 677,8 milyon manat investisiya yönəldilib.

1xeber.media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb. Neft-qaz sektoruna yatırılan investisiyalar 32,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən sərmayələr isə 1,4 faiz çoxalıb. Sezar pizza

Ümumi sərmayənin 7 milyard 40,7 milyon manatı məhsul istehsalı sahələrinin, 3 milyard 850,6 milyon manatı xidmət sahələrinin, 1 milyard 786,5 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşüb.

İnvestisiyaların 43,8 faizi dövlət, 56,2 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyalar ümumi sərmayənin 75 faizini təşkil edib.

Sərmayələrin 46,2 faizi sənayeyə, 21,7 faizi tikintiyə, 21,7 faizi nəqliyyat və anbar təsərrüfatına, 2,5 faizi informasiya və rabitəyə, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəldilib.

Bundan başqa, investisiyaların 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi səhiyyə və sosial xidmətlər, 0,6 faizi təhsil, 0,4 faizi maliyyə və sığorta fəaliyyətinə sərf olunub.