“Bu gün bizim üçün çox xoş və əlamətdar gündür. Müqəddəs Gəncəsər monastır kompleksinə gəlib ziyarət etdik, burada dualar etdik və şəhidlərimizin ruhunu yad etdik. Bu gün həm də Məryəm Ananın mövlud günüdür.
Eyni zamanda, sentyabrın 21-i Beynəlxalq Sülh Günüdür. Belə bir gündə Qarabağın özündə, müqəddəs məkanda olmaq bizim üçün xüsusi məna daşıyır”.
1xeber.media xəbər verir ki.bunu Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastır kompleksini ziyarət edən zaman Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili jurnalistlərə açıqlamasında deyib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,, Alban-Udi icmasının nümayəndələri işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra qədim kilsələri də ziyarət ediblər. R. Mobil bldirib ki, Gəncəsər monastırına ilk dəfə səfər edirlər.Gəncəsər monastırının Qafqaz Albaniyasının qədim xristian irsinin mühüm nümunələrindən biri olduğunu vurulayan R. Mobili qeyd edib ki, Azərbaycan ərazisində yerləşən qədim Alban kilsələri zəngin tarixi və dini irsin tərkib hissəsidir.
“Bu gün tarixi həqiqətin bərpasının şahidi oluruq. Qarabağ işğaldan azad olunub, burada yerləşən qədim kilsələr də əsarətdən azad edilib. Kilsələrin qapıları açılır və biz gəlib öz doğma dini məkanlarımızda ibadət edə bilirik. Bu, bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır deyə icma sədri əlavə edib.R.Mobili bildirib ki, Alban kilsəsinin tarixində Gəncəsər xüsusi yer tutur. O, Alban Apostol Avtokefal Kilsəsinin qədim və zəngin irsə malik olduğunu qeyd edib.İcma sədri 1836-cı ildə Rusiya imperiyası tərəfindən qəbul edilmiş qərarın Alban kilsəsinin müstəqilliyinə son qoyduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra Alban kilsəsinin irsi ilə bağlı ciddi dəyişikliklər baş verib.