Qırğızıstanda Araşan ətlik-piylik cinsinə aid qoç 1 milyon dollara satılıb.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınmış Frankel ləqəbli qoçun nəslindəndir.
Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin qatıldığı beynəlxalq festivalda baş tutub.
Qeyd edək ki, Araşan cinsi 2021-ci ildə Qırğızıstanda rəsmi qeydiyyata alınıb. Cinsin yaradılmasına 1970-ci illərdə Tacikistandan gətirilmiş Hissar qoçları ilə yerli qaba yunlu qoyunların cütləşdirilməsi əsasında başlanılıb.
Bu cins ətinin keyfiyyəti, quyruq piyinin bolluğu və müxtəlif iqlim şəraitinə dözümlülüyü ilə seçilir.