Вернуться назад Распечатать

Bələdiyyə sədrinin qumar oynadığı iddia edildi

Türkiyənin Kilis şəhərinin bələdiyyə sədri Hakan Bilecenlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər gündəmə gəlib. Paylaşılan fotolarda Bilecen olduğu iddia edilən şəxsin kazino olduğu bildirilən məkanda qumar aparatının qarşısında oturduğu görünür.

1xeber.media xarici mediaya istinadən xəbər verir ki, görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri arasında müzakirələr başlayıb. Bəzi istifadəçilər şəhər sakinlərinin müxtəlif problemlərinin həllini gözlədiyi bir vaxtda bələdiyyə sədrinin qumar oynadığı iddiasını tənqid ediblər.

Bununla belə, fotolarda əks olunan şəxsin həqiqətən Hakan Bilecen olub-olmadığı hələlik təsdiqlənməyib. Bilecen və Kilis Bələdiyyəsi sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı indiyədək açıqlama verməyib.

Qeyd edək ki, Hakan Bilecen 31 mart 2024-cü il yerli seçkilərində CHP-nin namizədi olaraq Kilis bələdiyyə sədri seçilib. O, 2026-cı ilin iyununda CHP-dən istefa verib. Daha sonra Bilecenin AKP-yə keçəcəyi ilə bağlı iddialar səslənsə də, bu barədə hələlik konkret addım atılmayıb.