“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Satınalma şöbəsinin müdiri Niyaməddin Quliyev vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Niyaməddin Quliyev “BakuBus” MMC-dəki vəzifəsindən azad olunub.
Niyaməddin Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) vəzifəyə təyin edilib.
Bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Qeyd edək ki, Niyaməddin Quliyev 2023-cü ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru vəzifəsindən azad edilərək “BakuBus”a təyin edilmişdi.
O, ötən ilin noyabrında Böyük Britaniyanın London şəhərində keçirilən sammitdə “LUCA Awards 2025” mükafatına layiq görülüb.
Maliyyə dünyasının “Oskar”ı kimi tanınan bu mükafat peşəkar mühasibatlığın banilərindən biri hesab olunan Luka Paçiolinin şərəfinə təsis edilib.