Вернуться назад Распечатать

“Turan Tovuz” – “Fənərbaxça” matçının vaxtı bəlli oldu

“Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq görüşünün başlama saatı bəlli olub.

1xeber.media xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.

Məlumata görə, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, oyunun biletləri sabahdan satışa çıxarılacaq.