1xeber.media xəbər verir ki, Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda naməlum şəxs liseyin qarşısında silahla atəş açıb.
Hadisə səhər saat 08:00 radələrində Albayrak məhəlləsində yerləşən İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
İlkin məlumata görə, naməlum şəxs heç bir səbəb göstərmədən məktəbin qarşısında təsadüfi atəş açıb. Hadisə ilə bağlı əraziyə çoxsaylı polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Polis şübhəlinin müəyyən edilərək saxlanılması və hadisənin səbəblərinin araşdırılması istiqamətində tədbirlər görür.