1xeber.media xəbər verir ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən Bakı Konqres Mərkəzində tüstülənmə müşahidə olunub.
Məlumata görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri əraziyə cəlb edilib. FHN bildirib ki, binada yanğın baş verməyib.
Nazirliyin açıqlamasına əsasən, mətbəx sahəsində havalandırma sisteminin işə düşməsi nəticəsində tüstü yaranıb. Hazırda vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün əsas yoxdur.
Qeyd edək ki, həmin vaxt Bakı Konqres Mərkəzində beynəlxalq tədbir keçirilib.