Rusiya Odessada iki logistika mərkəzini vurdu
1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynanın Odessa şəhərində iki logistika mərkəzinin, həmçinin İliçevskdə “Novaya Poçta” şirkətinin logistika mərkəzinin vurulduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, zərbələr hərbi və ikili təyinatlı yüklərin saxlanması və bölüşdürülməsi ilə məşğul olan obyektlərə endirilib. Rusiya tərəfi bu yüklərin Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulduğunu iddia edib.
Bundan əlavə, Rusiya ordusunun Vinnitsa, Poltava və Dnepropetrovsk vilayətlərinə, eləcə də Kiyevə zərbələr endirdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, hücumlar zamanı metallurgiya və kimya müəssisələri, hərbi-sənaye kompleksi obyektləri və Ukraynanın liman infrastrukturu da hədəfə alınıb.
Ukrayna tərəfinin zərbələrin nəticələri ilə bağlı açıqlaması və itkilər barədə məlumatı barədə isə əlavə məlumat verilməyib.