Вернуться назад Распечатать

Zelenski Makronla görüşdə yeni müdafiə planını açıqladı

Zelenski Makronla görüşdə yeni müdafiə planını açıqladı

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfəri çərçivəsində Fransanın Prezidenti Emmanuel Makronla görüşüb.

Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu Ukraynanın təhlükəsizliyi və qış ayları üçün hazırlanan dəstək paketi olub.

Tərəflər Ukraynada “SAMP/T” hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin istehsalının təşkil edilməsi məsələsini müzakirə ediblər. Zelenski həmçinin tərəfdaşlarla birlikdə FREYJA adlı antiballistik müdafiə proqramı üzərində iş aparıldığını bildirib.

Ukrayna liderinin sözlərinə görə, ilkin mərhələdə bu sistemlərin və döyüş sursatlarının alınması Avropa İttifaqının kredit imkanları hesabına həyata keçiriləcək.

Zelenski ilk istehsal nəticələrinin artıq bu il əldə olunacağına ümid etdiyini bildirib.