Manisanın Turqutlu rayonunda 15 yaşlı H.O adlı bir yeniyetmə lisey qarşısında atəş açaraq şagirdləri yaralayıb.
1xeber.media xəbər verir ki, bu barədə Manisa Valiliyinin hadisə ilə bağlı açıqlama verib:
"22 sentyabr 2026-cı il tarixində, təxminən saat 07:59-da Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin yaxınlığındakı ərazidə silahlı insident baş verdiyi barədə məlumat daxil olub. Məlumatdan sonra əraziyə çoxsaylı təhlükəsizlik və tibbi qruplar göndərilib. İlkin tapıntılara görə, 8 nəfər zərər çəkib. Yaralılar ən yaxın tibb müəssisəsinə aparılıb. Hadisədən sonra şübhəli təhlükəsizlik qüvvələrimiz tərəfindən tutularaq nəzarətə götürülüb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırma başlanıb".
****
Manisanın Turqutlu rayonunda naməlum şəxs lisey qarşısında atəş açıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumatdan sonra əraziyə çoxsaylı polis və tibb qrupları göndərilib. Hadisə səhər saat 8:00 radələrində Turqutlu rayonunun Albayrak məhəlləsindəki İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. İlkin məlumata görə, şübhəli naməlum səbəbdən məktəbin qarşısında təsadüfi olaraq silah atəş açıb.