Вернуться назад Распечатать

“Fənərbaxça” azarkeşi Nur dağında

Məkkədə “Fənərbaxça” forması ilə diqqət çəkdi

1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Nur dağında “Fənərbaxça” formasında olan şəxs sosial şəbəkələrdə diqqət çəkib.

Şəxsin fotosu qısa müddətdə sosial platformalarda yayılıb və istifadəçilər arasında müxtəlif şərhlərə səbəb olub.

Bəzi “Fənərbaxça” azarkeşləri onun forma ilə Nur dağına səfərini komandanın çempionluq arzusu ilə əlaqələndiriblər. Paylaşımın altında “O, çempionluq üçün dua edirdi” kimi yumoristik şərhlər yazılıb.

Fotodakı şəxsin kimliyi və səfərinin məqsədi barədə isə məlumat verilməyib.