Вернуться назад Распечатать

Zakir İbrahimov: "AzerGold" Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamətdə irəliləyəcək"

"AzerGold" QSC Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə irəliləyəcək.

1xeber.media xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Birinci istiqamət qızıl hasilatı və emalıdır. "Söyüdlü" və "Ortakənd" üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl ehtiyatlarının hasilata cəlb edilməsi ölkə üzrə qızıl ixracını əhəmiyyətli dərəcədə artıracaq. İkinci istiqamət qara metallurgiyadır. "Daşkəsən" layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalat gücü yaradılacaq və təxminən 1,7 milyon ton hissəsi ixrac potensialını formalaşdırır. Üçüncü istiqamət əlvan metallardır. "Filizçay" üzrə mis, sink, qurğuşun resursunun hasilata hazırlanması ölkəmizin ixrac portfelini genişləndirəcək və yeni sənaye istiqamətini formalaşdıracaq. Dördüncü istiqamət dağ-mədən sənayesinin yan sahələrinin inkişafıdır. Bu layihələr yeni istehsal zəncirlərinin, xidmət sahələrinin və ümumilikdə sənaye potensialının güclənməsinə töhfə verəcək", - deyə o qeyd edib.