1xeber.media xəbər verir ki, Lənkəran rayonunda yerləşən evlərdən birindən 500 manat pul və içərisində 75 min manat olan seyf oğurlanıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.