1xeber.media xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Məlumata görə, şirkətin reklam fəaliyyəti zamanı “Reklam haqqında” Qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin tələblərinin pozulduğu müəyyənləşdirilib.
Protokol reklam yayımının qanunla müəyyən edilmiş qayda və tələblərinə əməl olunmaması, eləcə də reklamı qadağan edilmiş məhsul, texnika və xidmətlərin reklam olunması faktları üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi əsasında tərtib edilib.
Sözügedən maddə bu cür qanun pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutur.
Mənbə: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi