
Sosial mediada illərdir mem (caps) və lağlağı obyektinə çevrilən məşhur "erməni və unitaz" sevgisi, nəhayət, ən yüksək səviyyədə rəsmən təsdiqini tapdı! Sən demə, adamlar 2020-ci ildə Kəlbəcər və Laçından qaçmaq üçün onlara verilən 2-3 həftəlik qiymətli vaxtı hərbi strategiyaya yox, "kafel sökən" briqadaların təşkilinə xərcləyiblərmiş.
Müşavirədə çıxış edən Prezident İlham Əliyev bu tarixi köçün "strateji" əhəmiyyətini yumorla ifadə edib:
"Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur".
Sosial şəbəkə istifadəçilərinin illərdir dediyi kimi: tankları, postları, silah-sursatı qoyub qaçmaq olar, amma unitazı əsla! Dünya hərb tarixinə "Əllərində unitaz və pəncərə çərçivəsi ilə geri çəkilən ordu" kimi düşən qonşularımızın bu addımı, yəqin ki, onların 30 illik işğal dövründən qalan yeganə "böyük mədəni irsi" olaraq qalacaq.
Görünən odur ki, qeyri-neft sənayesindən danışarkən, Ermənistanın "sanitar qovşaq sənayesi" hələ uzun illər bizim sosial şəbəkələrin əsas gülüş mənbəyi olmaqda davam edəcək!