Вернуться назад Распечатать

Yəməndə yeni köç dalğası başlayır

1xeber.media xəbər verir ki, Yəməndə döyüşlərin güclənməsi nəticəsində bu ay artıq 130 mindən çox insan evlərini tərk edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, qarşıdakı üç ay ərzində daha 100 min nəfərin yaşayış yerini tərk etməsi mümkündür.

Qurumun sözçüsü Babar Baloç bildirib ki, döyüşlər nəticəsində Yəmənin daxilində məcburi köçkünlərin sayı artır. Bundan başqa, 3 mindən çox insan Qırmızı dənizi keçərək Afrikaya, əsasən Cibuti və Somaliyə sığınıb.

BMT hesab edir ki, dəniz şəraitinin yaxşılaşması ilə gələn ay Yəməndən Cibutiyə gedən qaçqınların sayı 10 minə çata bilər.

Bununla yanaşı, Yəmən üzrə BMT-nin humanitar yardım planının maliyyələşməsi 20 faizdən də aşağı səviyyədədir.