Вернуться назад Распечатать

Prezidentin çıxışı fonunda: Şuşa-Laçın yolundakı tarixi EKO aksiya niyə başlamışdı?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirədə dağ-mədən sənayesindən danışılarkən, işğal dövründə və ondan sonrakı qısa müddətdə təbii resurslarımızın ermənilər tərəfindən vəhşicəsinə talan edilməsi məsələsi yenidən gündəmə gəlib. Ermənistanın və Qarabağdakı separatçı rejimin törətdiyi bu ekoloji terrora qarşı Azərbaycan cəmiyyətinin göstərdiyi ən böyük reaksiya isə Şuşa-Laçın yolundakı tarixi EKO aksiya olub.

1xeber.media xatırladır ki,, 2022-ci ilin dekabrında başlayan və 138 gün davam edən həmin aksiya Azərbaycanın mülki cəmiyyət fəalları və ekoloqları tərəfindən Qarabağ iqtisadi rayonunda, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molidben yataqlarının qanunsuz istismarına, habelə ətraf mühitə vurulan ziyanın monitorinqinə mane olunmasına etiraz olaraq keçirilmişdi.
Dövlət başçısının müşavirədə vurğuladığı kimi, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi heç vaxt cavabsız qala bilməzdi. Laçın yolundakı EKO aksiya Azərbaycan xalqının öz resurslarına sahib çıxmaq iradəsinin nümayişi oldu və separatçıların təbii sərvətlərimizi xaricə daşıyan qanunsuz logistik zəncirini birdəfəlik qırdı.