Вернуться назад Распечатать

İsveçrə saatlarından Azərbaycan qızılına: Vartan Sirmakesin qanunsuz metallurgiya şəbəkəsi

1xeber.media xəbər verir ki,Azərbaycanda dağ-mədən sənayesinin inkişafına dair keçirilən müşavirədə təbii resurslarımızın işğal dövründə xarici investorlar adı altında erməni əsilli şəxslər tərəfindən istismar edilməsi diqqət mərkəzində olub. Bu cinayət sxemində adı ən çox hallanan və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən şəxslərdən biri də İsveçrə vətəndaşı, “Goldstar” şirkətinin və dünyaca məşhur “Franck Muller” saat brendinin rəhbəri, erməni əsilli Vartan Sirmakesdir.
İstintaq materiallarına və dövlət başçısının çıxışlarındakı faktlara əsasən, Vartan Sirmakes uzun illər ərzində işğal altındakı Zəngilan rayonunun "Vejnəli" və Kəlbəcərin "Söyüdlü" (Zod) qızıl yataqlarının qanunsuz istismarında birbaşa iştirak edib.
Onun rəhbərlik etdiyi holdinqlər Azərbaycan torpaqlarından çıxarılan qızılı qanunsuz şəkildə Ermənistana, oradan isə Avropaya daşıyaraq "Franck Muller" saatlarının və digər lüks zinət əşyalarının istehsalında xammal kimi istifadə ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu talançılığa görə məsuliyyət daşıyan Vartan Sirmakes və onun şirkətlərinə qarşı beynəlxalq məhkəmələrdə hüquqi prosedurları davam etdirir və vurulmuş ziyanın təzminatı tələb olunur.