Вернуться назад Распечатать

Zelenski: Müharibə qışa qədər bitə bilər

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin qış başlamadan başa çatacağına ümid etdiyini bildirib.

Zelenski bunu ABŞ Prezidenti Donald Trampla BMT Baş Assambleyasının iclası çərçivəsində keçirdiyi görüş zamanı deyib.

“Mən ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə kömək edəcək”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukrayna böhranının həlli üçün imkanların olduğunu bildirmişdi. O, eyni zamanda Kiyevin hərəkətlərinin nizamlanma prosesini çətinləşdirdiyini iddia edib.