Вернуться назад Распечатать

Patriot raketləri Ukraynada istehsal oluna bilər

1xeber.media xəbər verir ki, ABŞ və Ukrayna Patriot hava hücumundan müdafiə sistemlərinin Ukrayna ərazisində istehsal imkanlarını müzakirə edəcək.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bu məsələnin gündəmdə olduğunu bildirib.

“Bəlkə də. Biz bunu müzakirə edirik. İndi bunu müzakirə edəcəyik”, - deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Ukraynaya Patriot sistemlərinin istehsalı ilə bağlı lisenziyaların verilə biləcəyini açıqlamışdı. O, Kiyevə sistemlərin daha az inkişaf etmiş versiyasının təqdim edilə biləcəyini də demişdi.

ABŞ dövlət katibi Marko Rubio isə bildirmişdi ki, Vaşinqtondan lisenziya alınacağı təqdirdə belə, Ukraynanın Patriot sistemləri istehsal edən zavodlar qurması bir neçə il çəkə bilər.