Вернуться назад Распечатать

Yaponiyada güclü tayfun: 6 nəfər öldü

1xeber.media xəbər verir ki, “Dujuan” tayfununun Yaponiyanın şərqində yaratdığı güclü yağış və torpaq sürüşmələri nəticəsində 6 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.

Təbii fəlakət nəticəsində 22-dən çox insan xəsarət alıb. Çiba prefekturasında 45 mindən çox ev elektrik enerjisiz qalıb.

Güclü yağışlar Tokio və ətraf ərazilərdə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Xilasetmə qrupları dağıntılar altında qala biləcəyi ehtimal olunan şəxslərin axtarışını davam etdirir.

Tayfun səbəbilə Yaponiyada yüzlərlə aviareys ləğv edilib, bəzi sürətli qatar xidmətlərində də fasilələr yaranıb. “Dujuan”ın yaratdığı təhlükə səbəbilə Tokio və ətrafında 1,6 milyondan çox sakinə təxliyə xəbərdarlığı verilib.