Вернуться назад Распечатать

Ceyhun Bayramov Trampın qəbulunda iştirak etdi

Ceyhun Bayramov Trampın qəbulunda iştirak etdi

1xeber.media xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, qəbul 8 avqustda keçirilən Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi bir dövrə təsadüf edib.

XİN qeyd edib ki, Azərbaycan enerji, ticarət və investisiya sahələrində ABŞ-la əməkdaşlığın daha da gücləndirilməsini gözləyir.