Вернуться назад Распечатать

Azərbaycanla Banqladeş arasında viza tələbi aradan qaldırılır

1xeber.media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələblərindən azadetmə haqqında saziş imzalayıblar.

Sənəd BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanıb.

Sazişin iki ölkə arasında rəsmi təmasların inkişafına və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəyi bildirilib.

İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan-Banqladeş münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.