Вернуться назад Распечатать

Tramp Zelenskinin sözünü kəsdi

Tramp Zelenskinin suallarını cavabsız qoydu

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən söhbətin təşəbbüsünü öz üzərinə götürüb.

Görüşün əvvəlində Tramp Ukrayna münaqişəsinin həlli üçün çalışacağını və problemin qışa qədər nizamlanmasının mümkünlüyünü bildirib. Zelenski isə ABŞ Prezidentinə dəstəyə görə təşəkkür edib.

Jurnalistlər daha sonra Ukraynanın Rusiyadakı neft obyektlərinə zərbələri ilə bağlı sual veriblər. Zelenski cavab verməyə cəhd etsə də, Tramp dizel yanacağının qiymətləri və neft obyektlərinə hücumların təsirləri barədə danışıb. Zelenski isə suallara ayrıca cavab verməyib.

Görüş zamanı Zelenskinin əsasən Trampın çıxışını dinlədiyi və ona başı ilə işarə etdiyi bildirilib.