ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı
1xeber.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-York səfəri zamanı əlavə mühafizə ilə təmin ediləcəyi açıqlanıb.
ABŞ mətbuatının yaydığı Dövlət Departamentinin sənədinə əsasən, ABŞ Diplomatik Təhlükəsizlik Xidməti Əraqçinin səfəri müddətində onun təhlükəsizliyini təmin edəcək.
Sentyabrın 18-də İranın BMT-dəki Daimi Nümayəndəliyinə göndərilən sənəddə bildirilib ki, Diplomatik Təhlükəsizlik Xidməti sentyabrın 17-də İran nümayəndəliyinin göndərdiyi diplomatik nota əsasında Əraqçiyə qarşı mümkün təhdidləri araşdırıb.
Araşdırmadan sonra iranlı nazir üçün xüsusi mühafizə qrupu ayrılıb.