1xeber.media xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran tərəfi ilə vasitəçilər üzərindən aparılan məsləhətləşmələri uğurlu hesab etdiyini bildirib.
Uitkoff qeyd edib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran nümayəndə heyəti ilə uzunmüddətli danışıqlar aparılıb. Onun sözlərinə görə, vasitəçilər gün ərzində tərəflər arasında əlaqəni təmin ediblər.
Diplomat görüşlərin növbəti mərhələsinin konstruktiv və perspektivli olacağına ümid etdiyini bildirib.
Uitkoff vasitəçilərin işlərini davam etdirəcəyini də qeyd edib.